Rusiyanın Volqoqrad vilayətində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev saxlanılıb.
Rambler.ru-nun yaydığı məlumata görə, o, Aleksandr Babareviçin ölümündə şübhəli bilinir.
Məlumatlara görə, hadisə fevralın 16-da “Loft” klubunun qarşısında baş verib. 19 yaşlı Aleksandr söyüş söydüyü R.İsayev ilə danışmaq qərarına gəlib. Fiziki cəhətdən güclü olan İsayev Aleksandrın başına bir zərbə vurub. 19 yaşlı oğlan aldığı zərbədən dünyasını dəyişib.
Saxlanılan zaman R.İsayev əməlini etiraf edib. Cinayət işi araşdırmalar başa çatdıqdan sonra məhkəməyə göndərilib.
İlk məhkəmə iclası dünən baş tutub. Məhkəmədə bildirilib ki, R.İsayevin əvvəllər məhkumluğu olmayıb. Cinayət məcəlləsinə görə, İsayevi 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hakimlər zalı tərk etməzdən əvvəl İsayev söz istəyib:
“Mənim istintaqdan qaçmaq və ya gizlənmək fikrim yoxdur. Xahiş edirəm, məni ev dustaqlığına buraxasınız. Sonda təəssüf etdiyimi bildirmək istəyirəm”.
İclasda bildirilib ki, aparılan araşdırmalar zamanı A.Babareviçin aldığı kəllə-beyin travması nəticəsində öldüyü məlum olub.
Cinayətin sosial riskini və saxlanılan şəxsin tibbi müayinədən keçməməsini nəzərə alaraq, hakimlər R.İsayevin iki ay müddətinə həbsdə qalması ilə bağlı qərar qəbul edib.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.