İstənilən şəxs özəl pensiya sistemi yarada bilər— Nazir

İstənilən şəxs özəl pensiya sistemi yarada bilər— Nazir
18 Fev 2019 15:52

Özəl pensiya sistemlərinin yaradılması ilə bağlı qaunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Bununla əlaqədar istənilən şəxs müraciət edə bilər."

Realpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, özəl pensiya sisteminin yaranması üçün onun kommersiya və mənfəətlik tərəfi olmalıdır. 

"Bu, birbaşa məşğulluq bazarına, əhalinin gəlirlərinə, əməkhaqlarına, onların üzərində aparılan araşdırmalara bağlıdır. Bu gün Azərbaycanda həyat sığortası fəaliyyət göstərir. Bu, özəl pensiya sisteminin ilk pilləsidir. Onların inkişafının müəyyən mərhələsində özəl pensiya fondlarına çevrilməsi də gözləntilərdən biri ola bilər" 

S.Babayev, həmçinin vurğulayıb ki, həyat sığortasından istifadə edən şəxslər qısa müddətdə böyük güzəştlər əldə edirlər: 
"Birmənalı olaraq nəzərə almaq lazımdır ki, özəl pensiya sistemi pensiya sisteminin inkişafının dördüncü pilləsini təşkil edir. İlk pillə baza pilləsidir. Sonra sığorta, yığım pilləsi, daha sonra könüllülük pilləsi gəlir. Bu gün Azərbaycanda sığorta pilləsi geniş ,yığım pilləsi isə yeni tətbiq olunur. Bunun üçün könüllü pensiya sistemi pilləsi üçün kifayət qədər vaxta ehtiyac var". 


26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".

26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.