Mehriban Əliyevanın kömək etdiyi kimsəsiz qadının həyat hekayəsi - VİDEO

Mehriban Əliyevanın kömək etdiyi kimsəsiz qadının həyat hekayəsi - VİDEO
14 Fev 2019 13:00


Xəbər verdiyimiz kimi, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan Nazilə Musayevanın müalicəsi üçün müvafiq tapşırıq verib. Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən kimsəsiz qadın Bakıda xəstəxanaya yerləşdirilib. Əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.

Bəs Nazilə Musayeva kimdir? 

realpress.az xəbər verir ki, N.  Musayevanın 39 yaşı var. Valideynləri uşaq vaxtı onu internat evinə qoyub. Körpə olanda onu İmişlinin Nurulu kəndindən olan bir ailə övladlığa götürüb. Naziləni götürəndən sonra onun sol gözünün anadangəlmə görmədiyini biliblər. Buna görə onu övlad kimi qəbul edə bilməyiblər. 

“Ögey ata-anam mənə heç vaxt paltar almırdı, məktəbə göndərmirdilər. Nökər kimi istifadə edirdil’r. Tövlə təmizlətdirir, iş gördürürdülər, həyət süpürüb, mal-heyvanı otarırdım. Bir sözlə, ən ağır işləri mən görürdüm. Vaxtım qalanda isə gedib qonşuların işlərinə kömək edirdim. Ancaq yenə döyülürdüm, yarına bilmirdim, söyülürdüm, təhqir olunurdum. Elə olurdu ki, günlərlə yemək vermir, tövləyə həbs edirdilər. Beləcə yarıac-yarıtox böyüdüm”, - deyir Nazilə Musayeva.

Nazilə sonradan 300 manat müqabilində Ucardan olan ailəli bir kişiyə satılıb. Əri ilə Bakıya köçən qadın süpürgəçilik edib, yeməkxanalarda qab yuyub. 

Övladı olduqdan sonra əri onları Bərdəyə gətirib və yol qırağında ataraq gedib. Ana-bala günlərlə parklarda, skamyalarda yatıb. 1 ildən çox ayda 123 manatlıq maaş qarşılığında Bərdə küçələrini süpürüb, ev tutmağa pulu olmadığından övladı ilə elə küçələrdə yatıb. Buna görə də uşaqlığında xərçəng yaranıb. Eyni zamanda, qanında da “Hepatit C” tapılıb.

N. Musayeva vəziyyəti ilə bağlı Heydər Əliyev Fonduna, vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb. Fonddan onun məktubuna müsbət cavab verilib.



25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.