Sorosdan Avropa İttifaqına xəbərdarlıq — SSRİ-nin taleyi sizi də gözləyir

Sorosdan Avropa İttifaqına xəbərdarlıq — SSRİ-nin taleyi sizi də gözləyir
13 Fev 2019 17:02

Tanınmış amerikalı milyarder, rəngli inqilablar müəlifi Corc Soros indi də Avropa İttifaqını hədəf seçib.

Realpress.az-ın xəbərinə əsasən, Corc Soros bəyan edib ki, əgər Avropa İttifaqına daxil olan ölkələr və onların əhalisi “ayılmasa” bu qurum  1991-ci ildəki kimi SSRİ-nin taleyini təkrarlaya bilər.

 “Aİ ölkələri və onun əhalisi “ayılaraq” bir zamanlara yaratdıqları dəyərləri  müdafiə etməzlərsə, Avropa İttifaqının  dağılmaları qaçılmazdır”,- Soros bildirib.
Onun fikrincə, Avropa İttifaqı indiki mərhələdə  “inqilab dövrünü” yaşayır, lakin nə siyasətçilər,nə də vətəndaşlar bunu baş düşmür və fərqində deyillər.
O, hesab edir ki,  Avropanın “xilası” may ayında Avropa Parlamentə keçiriləcək seçkilərdən asılıdır: “May ayında Avropa Parlamentinə keçirilən seçkilər “antiavropa güclərin” zərərsiləşdiirlməsi baxımından mühüm  mərhələ ola bilər”.

Soros Aİ-nin  üzləşdiyi bu böhranı  bu məkanda hökm sürən  köhnə partiya sistemi və “nizam-intizamın yaradılması “üçün hüquqi mexanızmlərin çatışmazlığı  ilə izah edib:

“Avropa İttifaqının çöküşünə yol açan səbəblərdən biri Avropa ölkələrindəki köhnəlmiş partiya sistemidirsə, digər tərəfdən Aİ tərəfindən özülü qoyulmüş dəyərlərin üzv ölkələr tərəfindən pozulan zaman “nizam-intizamın möhkəmləndirilməsi”  istiqamətində  hüquqi mexanizmlərin tətbiqinin çatışmazlığıdır”. 
Milyarder misal olaraq bildirib ki,   sağçı “Almaniyanın alterntivləri” təşkilatının populyarlığı  hakim Xristian- Demokratlar  üçün sürpriz oldusa,  Böyük Britaniyada da konservatorlar və leyboristlər arasındakı fikirayırlığı  Brexit ərtafında yaranmış vəziyyətə gətirib çıxardı.

Soros hesab edir ki, bu baxımdan da  Aİ-nin indki rəhbərlyinin durumu  SSRİ-nin Siyasi Bürosunun 1991-ci ildə dağılma ərəfəsini xatırladır:

 “Aİ rəhbərləri SSRİ rəhbərləri kimi hesab edirlər ki,  onların qəbul etdikləri qərarlar aktualdır. Ancaq çox yanlışlığa yol verirlər”.
Bütün bunları  nəzərə alan bir zamanlar rəngli inqilablar layihəsinin rəhbəri olan Soros  avropalıları Avropanı daxili və xarici düşmənlərdən qorumağa səsləyib: “Avropaya ciddi təhlükə var və daxili və xarici düşmənlərdən müdafiə olunmalıdır. Avropa dəyərlərini müdafiə etmək üçün qüvvələri səfərbər etmək lazımdır. Əks təqdirdə Avropanın vahidliyi 21-ci əsrin  dəhşətli bir hadisəsinə çevrilə bilər”.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.