DİN-də YENİ TƏYİNATLAR

DİN-də YENİ TƏYİNATLAR
11 Fev 2019 13:13

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Realpress.az-ın Report-a istinadən verdiyi  xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Habil Həsənov vəzifəsindən azad edilərək, Nəsimi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Nəsimi Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Vüsal Axundov vəzifəsindən azad olunaraq Binəqədi Rayon Polis İdarəsi rəisinin müavini təyin edilib.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Qasımov vəzifəsindən azad olunaraq Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi təyin edilib.

Qeyd edək, Natiq Qasımov Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının sədri Faiq Qasımovun qardaşıdır.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.