Ötən iki günün cinayət statistikası

Ötən iki günün cinayət statistikası
11 Fev 2019 11:22

Fevralın 9-dən 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Realpress.az-a verilən məlumata görə, respublikanın axili işlər orqanları tərəfindən 2 gün ərzində 41 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.


20 Avq 2019
Kriminal

Bakıya külli miqdarda rubl gətirmək istədi, yarısı müsadirə olundu

Bakıya külli miqdarda rubl gətirmək istədi, yarısı müsadirə olundu

20 Avq 2019
Kriminal

Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritikdir - Nazirlik

Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritik olaraq qalır.

7 Avq 2019
Kriminal

Bakıda 26 yaşlı oğlan güllələndi - Atəş açan AXTARILIR

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.