Xəstə qadın dəhşətli yanğından son anda xilas oldu - VİDEO

Xəstə qadın dəhşətli yanğından son anda xilas oldu - VİDEO
21 Yan 2019 15:44

Ağstafa rayonunun Poylu kəndində yanğın olub.

ARB TV xəbər verir ki, üç ailənin yaşadığı 1 mərtəbəli binada ümumi sahəsi 140 kvadrat metr olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kvadrat metr sahədə, digər otağının qapı-pəncərə çərçivəsi isə 6 kvadrat metr sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsinə bitişik tikililər alovdan mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlardan 59 yaşlı epilepsiya xəstəsi olan Natalya Əhmədəliyeva birinci dərəcəli yanıq xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonrada vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə göndərilib, lakin qadın yolda keçinib. Digər yaralı 50 yaşlı Azər Mirzəyevin vəziyyəti yüngün olduğundan xəstəxanada ambulator yardım göstərilib və evə buraxılıb.

Azər Mirzəyev – qonşu: “Alov hər yeri bürümüşdü, qapıdan baxdı çıxa bilmədi, qayıtdı geri. Qapını qırdım, qucağıma alıb çıxartdım oradan. Təcili yardım çağırdıq, xəstəni apardıq. Özüm də yüngülvari xəsarət aldım. Ruhi xəstə idi. 1, 2 dəfə də xəstəxanada müalicə alıb. Evdə tək yaşayırdı”.

Faktla bağlı araşdırma aparılır.

Realpress.az


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.