Paşinyan hoqqabazdır - Respublika Partiyası

Paşinyan hoqqabazdır - Respublika Partiyası
21 Yan 2019 15:00

Ermənistanın Respublika Partiyası baş nazir Nikol Paşinyanı "hoqqabaz" adlandırıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, partiyanın mətbuat katibi Eduard Şarmazanov "Facebook" səhifəsində yazıb:

"Ötən gün Nikol Paşinyan tələsərək "xəbər" verdi ki, 2018-ci ilin üçüncü rübündə ölkəyə investisiyalar 2017-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 50 faiz artıb. O dedi ki, biz müxalifətçilər investisiyaların azalmasından danışaraq onu tənqid etmişik. İndi birbaşa zərbə ilə topu Paşinyana və hakimiyyətinə ötürürəm. Nə vaxta qədər hoqqabazlıqla, kələklə məşğul olacaqsınız? Bəli, sizin hakimiyyətiniz vaxtı sərmayələr azalıb. Sizə də təqdim olunan məlumata əsasən, 2018-ci ilin ilk rübündə investisiyalar 94,2 milyon dollar, üçüncü rübdə isə cəmi 75,5 milyon dollar təşkil edib. Yəni 20 milyon dollar azalıb".

O qeyd edib ki, Paşinyan hakimiyyəti sağa-sola optimallaşdırmanı, çox sayda vətəndaşın işdən azad edilməsini xərclərin səmərəliləşdirilməsi ilə izah edir. Xərclərin azaldılması vətəndaşlara aiddir, hakimiyyət nümayəndələrinə yox".



26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.