Azərbaycanda ödənişli hərbi xidmət gözlənilirmi? - VİDEO

Azərbaycanda ödənişli hərbi xidmət gözlənilirmi? - VİDEO
21 Yan 2019 12:52


Bir müddət əvvəl Türkiyədə orduda xidmət üçün nəzərdə tutulmuş bədəlli əsgərlik, yəni müəyyən məbləğdə pul qarşılığında hərbi xidmətdən azad olunmaq haqqında qanun qəbul edilmişdi.

Realpress.az Baku TV-yə istinadən xəbər verir ki, Türkiyə bu qanunu həddən çox hərbçinin büdcəyə təsirini və bəzi vətəndaşların müxtəlif səbəblərdən hərbi xidmət çəkmək istəməməsi səbəbindən qəbul etmişdi.

Türkiyəyə qardaş ölkə olan Azərbaycanda isə indiki şəraitdə bədəlli əsgərlik keçmək heç də real  görünmür.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas mövzu ilə bağlı açıqlama verib.

Deputat qeyd edib ki, Azərbaycanda bədəlli əsgərlik mümkün deyil, hər bir şəxs nəzərdə tutulmuş qaydada və vaxtda hərbi xidmət keçməlidir.

Aqil Abbas bədəlli əsgərlik haqqında qanunun Türkiyənin ən böyük səhvi olduğunu da bildirib.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.