Yeni nəsil qeyri-adi qurğular hansılardır?

Yeni nəsil qeyri-adi qurğular hansılardır?
21 Yan 2019 12:32

Ekspertlər yeni nəsil az tanınan və qeyri-adi qurğuları açıqlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, siyahıda birinci yeri vəzifəsi keyfiyyətli fotoşəkillər çəkməkdən ibarət olan “Pro-Selfie” pilotsuz uçan aparatı tutub. O, smartfon vasitəsilə idarə edilir, tez enerji ilə doldurulur və az yer tutur.

İkinci yerdə ucuz qiymətə, kompakt qabaritlərə malik və “USB” portu ilə işləyən “CoolAir” mobil kondisioneri qərarlaşıb.

İstehsalçılar tərəfindən avtomobilin gecə vaxtı sürülməsi üçün hazırlanan “ClearView” eynəyi gözün yükünü azaltmağa və polyarlaşmış işığın tanınmasını asanlaşdırmağa imkan verir.

Növbəti pillələrdə yer alan “KeySmart” açarı böyük açarlar dəstini qatlanan bıçaq prinsipi üzrə işləyən qurğuya çevirir. Tibbi məqsədlər üçün yaradılan “BlackHero” korseti isə qaməti düzəldərək yorulmuş əzələlərə kömək edəcək.

“HalthWatch” ağıllı saatı nəbzi, təzyiqi, addımların sayını və kalorinin miqdarını ölçür. Qurğunun akkumulyator batareyası enerji toplamadan 33 ay işləyir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.