Meksikanın İdalqo ştatından keçən neft kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
Realpress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Alkoser açıqlama verib.
Onun sözlərinə görə, ölənlərdən savayı, hazırda xəstəxanalarda 58 zərərçəkən müalicə olunur.
20 yanvar, 11:16
Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.
realpress.az xəbər verir ki, bu barədə “El Universal” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsinin yerli sakinlər tərəfindən qanunsuz olaraq deşilməsi vaxtı baş verib.
Hadisə zamanı ərazidə 350 yerli sakin olub.
Bir sıra ölkələrin rəhbərləri ölənlərin yaxınlarına başsağlığı verib. ABŞ Meksika hökumətinə dəstək verməyə və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.