Milyonlar qazandıran oyuncaq — Slinky

Milyonlar qazandıran oyuncaq — Slinky
21 Yan 2019 09:06

Zamanında uşaqların ən çox sevdiyi məşğuliyyətinə çevrilən oyuncaq. Sippiner (stress çarxı) qədər məşhur olan Slinky oyuncağının tarixinə nəzər yetirək. Olduqca sadə görünən bu oyuncaq dəniz mühəndisi Richard Thompson James tərəfindən XX əsrin 40-cı illərinin əvvəllərində kəşf olunub. 1943-cü ildə Riçard hərbi dəniz gəmilərində gəmi alətlərinə nəzarətdə çalışırdı. Əlində olan yay təsadüfən yerə düşür və onun necə əyildiyi, hərəkət etdiyi Riçardın diqqətini çəkir. Bununla da ağlına belə bir oyuncağı-Slinkyni yaratmaq gəlir.

Realpress.az biznesmen.az-a istinadən bildirir ki, o, 500 dollar borc alaraq, yay hazırlayan maşınların təkminləşdirilməsi ilə məşğul olur. "James Spring & Wire Company" adlı şirkəti qurur və Slinkynin kütləvi istehsalına başlayır. Oyuncağın adı isə arvadı Betty James tərəfindən qoyulur. Slinky-şəffaf və zərif anlamını daşıyır.

ABŞ-ın Pensilvaniya ştatının rəsmi oyuncağı olan Slinkynin satışından 250 milyon dollardan çox gəlir əldə edilir.Doxsan dəqiqədə 400 ədəd satılır. 2002-ci ildə Slinky Pensilvaniyanın rəsmi oyuncaq oyunçusu olur və 2003-cü ildə "Əsrin Oyuncaq siyahısı" adına layiq görülür. İlk 60 ildə Slinky 300 milyon ədəd satılır.

1960-cı ildə Riçard Ceyms həyat yoldaşındna ayrılır. Bolivyadakı "Wycliffe Global Alliance" adlı ittifaqa qoşulur. Şirkətin baş icraçı direktoru(CEO) vəzifəsini Betty James icra edir. Riçard 1974-cü ildə 60 yaşında Boliviyada dünyasını dəyişir.

2001-ci ildə oyuncaq sənayesinə verdiyi töhfəyə görə Bettinin adı  "Toy Industry Hall of Fame"ə daxil edilir. 2008-ci il 20 noyabrda Pensilvaniya Universitetinin xəstəxanasında 90 yaşında ürək çatışmazlığından vəfat edir.
Vyetnam müharibəsi zamanı ABŞ əsgərləri Slinkydən radio antenaların diapazonunu artırmaqda yararlanıblar. Slinkydən NASA-nın kosmik tədqiqatları zamanı da istifadə olunur. 1945-ci ildən indiyə qədər Slinkynin hazırlanması üçün 50.000 tondan çox məftil istifadə olunub ki, bu da ekvatoru 121 dəfə dövr etməyə bərabərdir. Reklam tarixinin ən uzun mahnısı da Slinkiyə aiddir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.