Bu şəhər dünya memarlıq paytaxtı olacaq

Bu şəhər dünya memarlıq paytaxtı olacaq
19 Yan 2019 13:13


YUNESKO Rio-de-Janeyronun 2020-ci ilin dünya memarlıq paytaxtı olacağını elan edib. Adı çəkilən şəhər bu titula ilk dəfə sahib çıxacaq.

Realpress.az “Globo” telekanalına istinadən xəbər verir ki, bu haqda cümə günü təşkilatın rəsmi bəyanat dərc olunub.

“YUNESKO baş direktorunun mədəniyyət üzrə müavini cənab Ernesto Ottone R., Beynəlxalq Memarlar İttifaqının prezidenti cənab Tomas Vonier və Rio-de-Janeyro şəhərinin urbanizm üzrə bələdiyyə katibi xanım Verena Visentini Adreatta Rio-de-Janeyronu 2020-ci ilin dünya memarlıq paytaxtı elan edib”, - deyə press relizdə qeyd olunur.

Qalibin elan edilməsi ilə bağlı təntənəli mərasim Parisdə baş tutub. Konqresin keçirilməsi uğrunda Rio ilə yanaşı Paris və Melburn da mübarizə aparıb.

YUNESKO-nun bəyanatına görə, Rio-de-Janeyro həmçinin üç ildən bir keçirilən Beynəlxalq Memarlar İttifaqının Ümumdünya Konqresinə ev sahibliyi edəcək.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.