Bizə niyə qılınc müsəlmanı deyirlər? — TARİXİ FAKT

Bizə niyə qılınc müsəlmanı deyirlər? — TARİXİ FAKT
19 Yan 2019 11:08

Heç şübhəsiz ki, hər birimiz mübahisə edən insanların bir-birinə və ya nəyisə düz etməyən insana “qılınc müsəlmanı” deyildiyini eşitmişik. Niyə bizə qılınc müsəlmanı deyirlər? Bu söz nə zaman ortaya çıxıb?

Realpress.az xəbər verir ki, bu barədə maraqlı faktı ölkə.az-a tarixçi-alim Əkbər Nəcəf verib.

"Qılınc müsəlman" adının ortaya çıxmasının səbəbkarı Xarəzmşah Cəlaləddin Manqburnu olub. Belə ki, Xarəzmşah Cəlaləddin monqollar qarşısında məğlub olduqdan sonra 1225-ci ildə Azərbaycana gəlib yerləşdi. Həmin vaxt qıpçaqların əlində olan Tiflisə hücum etdi. Abxaz-qıpçaq ordularını məğlub edib, Tiflisi ələ keçirən Xarəzmşah Cəlaləddin şəhər xalqının müsəlmanlığı qəbul etməsini əmr etdi.

Daha sonra meydana gələn hadisələri Gəncəli Kirakos belə təsvir edir: "Taciklərin uydurma dinini qəbul edənlər, həqiqəti yalana fəda etdilər. Digərləri vicdan əzabına, ölümü cəsurca tərcih edib şəhadət mərtəbəsinə ulaşdı. Bundan sonra sultan İslamiyyəti qəbul edib-etmədiklərini tədqiqə hacət görmədən onların sünnət olunmasını əmr etdi. Bəzi adamlar onları tutaraq meydanlara gətirdilər. Orada onları qılıncla sünnət etdilər".

Beləcə, həmin xristianların adı "qılınc müsəlman" qaldı. Yəni bu ad, Xarəzmşah Cəlaləddinin əmri ilə Tiflisdə müsəlman olan və qılıncla sünnət edilən xristianlara verilmiş addır.

Qeyd edək ki, orta əsrlərdə tacik deyəndə həm farslar nəzərdə tutulurdu, həm də Moisey Kalankatlunun kitabında da taciklər deyəndə ərəblər nəzərdə tutulur.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.