Bakıda faciə — Mühafizə polisi tabel silahı ilə intihar etdi

Bakıda faciə — Mühafizə polisi tabel silahı ilə intihar etdi
12 Yan 2019 10:19

Ötən gün Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı intihar edib.

Realpress.az-ın məlumatına görə, saat 16.00 radələrində banklardan birinə məxsus ofisdə 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov tabel silahı ilə başına güllə ilə vurub. Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub. Qeyd edək ki, polisin intihar etməyi ofisdə olan müşahidə kamerasınada düşüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin operativ-istintaq hərəkətləri həyata keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Sonra isə dəfn olunmaq üçün İsmayıllı rayonuna göndərilib. Faktla bağlı cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Məlumat üçün bildirək ki, İlkin Tapdıqov Səbail rayon Mühafizə İdarəsinin əməkdaşı olub. 

Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib. Qeyd edək ki, İlkin Tapdıqov ailəli olub, 2 azyaşlı övladı var.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.