Bakıda iki konsert təşkil olunacaq

Bakıda iki konsert təşkil olunacaq
08 Yan 2019 09:00

Bu ay “Gənclərə dəstək” layihəsi çərçivəsində iki konsert proqramı təşkil olunacaq.

Realpress.az xəbər verir ki, hər iki konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında və Filarmoniyanın nəzdində olan kamera və orqan musiqi zalında gerçəkləşəcək.

Yanvarın 23-də təqdim ediləcək birinci konsert “Qış kaleydoskopu” adı altında təşkil olunacaq.

Yanvarın 25-də təqdim olunacaq ikinci konserti Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.

Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 20-dən çox konsert proqramı təqdim olunub.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.