Əlləriniz sanki donur və yanırsa...

Əlləriniz sanki donur və yanırsa...
05 Yan 2019 11:14

Barmaqlarda yerləşən qan damarlarının soyuqdan və stressdən spazması patologiya hesab edilir. 

Realpress.az medicina.az-a istinadən bildirir ki, Reyno adlanan bu xəstəliyin yaranma səbəbləri məlum deyil.  Xəstəlik qan-damar xəstəlikləri, dermatimozoid, sklerodermiya kimi xəstəliklərin fonunda inkişaf edir. Onu əmələ gətirən amillərə stress, həddən artıq soyuma, müxtəlif növ infeksiyalar, endokrin pozulmalar aid edilə bilər.  

Reyno xəstəliyinin əlamətləri

Xəstəlik 3 mərhələdə inkişaf edir. Soyuğun, stressin və emosional yükün nəticəsində əllərin qan dövranı pozulur, barmaqlar zəifləyir və keyləşir, iynələnmə və yanma hissi yaranır. Spazma zamanı barmaqlar göyərir. Lakin həmin nahiyənin qızışması nəticəsində əllərin qan dövranı bərpa olunur və yenidən təbii rəngini alır. Bu əlamətlər simmetrik olaraq hər iki əldə əmələ gələ bilər. Bəzi hallarda isə oxşar dəyişikliklər dodaqlarda, qulaqlarda, burun ucunda da yaranır. Xəstəlik nəticəsində orqanlarda qan dövranının pozulması ilə trofik yaralar da əmələ gələ bilər. 

Reyno xəstəliyindən qorunmaq üçün mütləq şəkildə əlləri həddən artıq soyumaqdan qorumaq, alkoqoldan, narkotikdən və kofein tərkibli  içkilərdən, həmçinin də damarları çıxan preparatlardan imtina etmək məsləhətdir. Yaxşı olardı ki, əlcəkdən istifadə edəsiniz. 


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.