Çox yayılmış mədə dərmanları xərçəng yaradır - 3 ildən artıq istifadəsi TƏHLÜKƏLİDİR

Çox yayılmış mədə dərmanları xərçəng yaradır - 3 ildən artıq istifadəsi TƏHLÜKƏLİDİR
29 Dek 2018 09:22

Mədə turşuluğu çox olan və ya mədə müalicəsi alan insanların qəbul etdikləri Omez, Omeprazol kimi mədə dərmanları yəqin ki, çoxlarına tanışdır. Bu vasitələr mədə turşuluğunun azaldılması məqsədilə qəbul edilir. Onu da qeyd edək ki, bu preparatlar apteklərdə reseptsiz satılır.  Mədə turşuluğundan əziyyət çəkən insanlar hətta həkim təyinatı olmadan da sərbəst şəkildə bu dərmanları alıb qəbul edirlər. 

Realpress.az medicina.az-a istinadən bildirir ki, mədə-bağırsaq traktı xəstə olan insanlarda mədə turşuluğunu azaldan dərmanlardan başqa sözlə desək, proton pompa ingibitorları (PPİ)  demək olar ki, hər gün istifadə edirlər.  London Universitetinin əməkdaşlarının bildirdiklərinə görə, uzun müddətli istifadə zamanı bu vasitələr mədə xərçənginə yoluxma riskini 100%-dək artırır. 

Mədə xərçənginin Helikobakter pylori bakteriyalarının təsiri nəticəsində meydana çıxdığı məlumdur. Alimlər bu bakteriya aşkar olunan 63397 pasiyenti 3 preparatın köməyilə müalicə ediblər. Bu preparatlardan 2-si antibiotik, digər 1-i isə mədə turşuluğunu azaldan maddə olub. İnfeksiyanın izləri yox olduqdan sonra alimlər 7,5 il müddətinə xəstələr üzərində müşahidələr aparıblar. 

Bu müddət ərzində xəstələrdən 3271 nəfəri turşuluq  azaldan preparatları istifadə etməyə davam ediblər. Yerdə qalan 21729 nəfər isə alternativ vasitələrdən istifadə ediblər.  Nəticədə 153 nəfərdə mədə xərçəngi inkişaf edib. Onlardan turşuluq azaldan dərman qəbul edənlərin sayı digərlərinə nisbətən 2.44 dəfə çox olub. Bu preparatların 3 ildən artıq qəbulu isə böyük fəsadlara gətirib çıxara bilər.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.