İnsanı öz bədənindən utandırdan xroniki dermatit - Reseptlər

İnsanı öz bədənindən utandırdan xroniki dermatit - Reseptlər
27 Dek 2018 11:00

Səhiyyə təşkilatlarının statistikasına görə, dermatit xəstəliyinə tutulanların 52%-i depressiyaya düşür, 50%-i adam çox olan yerlərə getmək istəmir, 36% -in özünə güvəni itir. 

Bu xəstəliyin dərman müalicəsi ilə yanaşı xəstə özünə hipoallergen geyim seçməli, daim xüsusi mazlar, kremlər çəkməli, qaşınmamaqdan özünü saxlamaq üçün yollar düşünməlidir. Çünki qaşımaq izləri çox təhlükəlidir, ordan ikincili infeksiya başlaya bilər. 

Realpress.az medicina.az-a istinadən bildirir ki, çox zaman insan həyatını belə məhv edən ən depressiv dəri xəstəliklərindən olan atopik dermatitin yaranma səbəbləri tam və dəqiq məlum deyil. Bu xəstəlik autoimmun xəstəlik olub, dərinin sistemli iltihabıdır. Dəridə olan qaşıntı, səpki xəstəliyin üzə çıxan tərəfidir. Problem dərindədir. Bu bir genetik xəstəlikdir, çox zaman ölkədən, iqlimdən asılı olaraq yayılır. 

Müalicəsi üçün yeni nəsil qlükokortikosteroidlər dərmanlar tətbiq olunur. Qalan müalicə dəriyə qulluq, gigiyena, səbrdir. Xəstə həyatını bu xəstəliyin kaprizinə uyğun qurur. 

ABŞ və Avropada bu xəstəliklə mübarizə aparan insanların cəmiyyətdə narahatlığını azaltmaq üçün çox işlər görülür, bu məsələyə həssas yanaşılır, xüsusi cəmiyyətlər yaradılır, pasiyentləri dəstəkləyirlər. 

Dermatit əslində uşaq xəstəliyi hesab olunur, amma bu böyüklərdə də rast gəlinir.

Bir çox xəstələr müəyyən müddət acqalma və bağırsaqların yuyulması kimi metodlarla xəstəliyin kəskinləşməsinin qarşısını aldıqlarını deyiblər

Xalq təbabəti

Qaşıntını azaltmaq, dərini sakitləşdirmək üçün çay sodası ilə vanna etmək olar.
Vannadan sonra dəriyə uşaq kremi çəkin.

Belə xəstələrin dəriləri daim yumşaq, nəm olmalıdır ki, qurumasın. Bunun üçün kimyəvi kremlər əvəzinə təmiz, birinci soyuq sıxma qara zirə, zeytun, badam yağlarından istifadə edə bilərsiz.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.