Klassik musiqisi konserti - Beynəlxalq Muğam Mərkəzində

Klassik musiqisi konserti - Beynəlxalq Muğam Mərkəzində
21 Dek 2018 17:15

Dekabrın 20-də Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Sabah" qrupu tələbələrinin ifasında klassik musiqisi konserti keçirildi.

Realpress.az bildirir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Sabah" qrupu 2015-ci ildə yaranıb. 

Fəaliyyət göstərdiyi az müddət ərzində Bakı Musiqi Akademiyasının "Sabah" qrupunun tələbələri İspaniya, Rusiya, Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan, Polşa və Almaniyada keçirilən bir çox Beynəlxalq müsabiqələrdə iştirak edərək həmin  müsabiqələrin laureatları adlarına layiq görülmüşlər.
 
Dünən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Sabah" qrupunun tələbələri  Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış etdilər. 

Konsertdə Dmitri Şostakoviç, Frederik Şopen, Robert Şuman, Serqey Raxmaninov, Ferens List, Arif Məlikov, Vaqif Mustafazadə və digər məşhur xarici və Azərbaycan bəstəkarlarının  əsərləri səsləndi.

Konsert musiqisevərlər tərəfindən maraq və gur alqişlarla qarşılandı.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir. 

Dekabrın 22-də Beynəlxalq Muğam  Mərkəzində Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li оnbirillik musiqi məktəbi şagirdlərinin iştirakı ilə Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Günü  və  Yeni  il bayramına həsr olunmuş konsert keçiriləcək. Konsertdə Azərbaycan və xarici bəstəkarlarının əsərləri səslənəcək.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.