Arsenal - Qarabağ oyununun hakimləri açıqlandı

Arsenal - Qarabağ oyununun hakimləri açıqlandı
10 Dek 2018 15:10

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İngiltərənin “Arsenal” və Azərbaycanın “Qarabağ” komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

Realpress.az xəbər verir ki, dekabrın 13-də Londondakı “Emireyts” stadionunda baş tutacaq görüş danimarkalı ədalət təmsilçilərinə həvalə olunub. Matçın baş hakimi Yens Moedir. Lars Hummelqorla Heyne Serensen yan xatt hakimləri qismində təyinat alıblar.

Qarşılaşmanın dördüncü hakimi Esper Dal, əlavə köməkçilər isə Yorgen Burxardt və Morten Kroq olacaq. Yunanıstanlı Stavros Tritsonis hakim-inspektor, finlandiyalı Styrbjörn Oskarsson isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.