Tanınmış həkim Şahdağa çıxarkən vəfat etdi

Tanınmış həkim Şahdağa çıxarkən vəfat etdi
10 Dek 2018 12:13

Tanınmış həkim, Tibb Universitetinin sabiq müəllimi Mehdi Mehdiyev qəfildən keçinib.
Realpress.az  musavat.com-a istinadən xəbər verir ki, bu barədə onun oğlu Aqşin Mehdiyev sosial şəbəkədə məlumat yayıb:
"Doktor Mehdi Mehdiyev Şahdağ dağında Heydər Əliyev zirvəsini hər il olduğu kimi bu dəfə də ziyarət edərkən zirvəyə qalxan yolda ürəyində yaranan infarktdan qəflətən keçinib. Mehdi doktor sabah 10 dekabr 2018-ci ildə ata yurdu Bərdə rayonunda son mənzilə yola salınacaq. Yas mərasimi Bərdə şəhərində olacaq. Dostlar sağ olsun".
Mehdi Mehdiyev tibb və siyasət sferasında tanınan bir isim olub. Fotolardan da göründüyü kimi, sağlam həyat tərzi keçirir, müntəzəm surətdə idmanla, xüsusi olaraq, dağ idmanı ilə məşğul olurdu.
M. Mehdiyev 1956-cı ildə anadan olub. Azərbaycan Tibb Universitetini bitiirb. Ölkənin tanınmış infeksionist həkimi idi. Onun fəaliyyət xəritəsi belə olub:
1980-1990 illər - Xaçmaz Mərkəzi Rayon Xəstəxanası, İnfeksion Xəstəliklər Şöbəsinin müdiri;
1993-1995 illər - İran İslam Respublikası, Həmədan şəhəri, Ümumi həkim(GP);
1995-2009 illər - Azərbaycan Tibb Universiteti, Yoluxucu Xəstəliklər Kafedrasının assistenti;
2009-cu ildən son gününə qədər Mərkəzi Gömrük Hospitalı, həkim-infeksionist;
Allah rəhmət eləsin.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".