Çin şirkəti Əşyalar interneti üçün peyklər şəbəkəsi yaradacaq

Çin şirkəti Əşyalar interneti üçün peyklər şəbəkəsi yaradacaq
10 Dek 2018 11:37

Çinin “Commsat” innovativ şirkəti 2022-ci ilədək aşağı yerətrafı orbitdə “Əşyalar interneti” (IoT) qurğularının fəaliyyətini təmin edəcək 72 telekommunikasiya peykindən ibarət şəbəkə yaratmaqla bağlı planlarını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, şirkətin “Piao Chong” adlı ilk 7 kiçik peyki dekabrın 7-də buraxılıb. Onlar Tsyutsyuan kosmodromundan start götürən “Changzheng-2D” raketdaşıyıcısı vasitəsilə Səudiyyə Ərəbistanının iki peyki ilə birgə nəzərdə tutulan orbitə çıxarılıb.  

Məlumata görə, orbital test başa çatdıqdan sonra bu seriyaya aid peyklər “IoT” texnologiyalarının emalı üçün istifadə ediləcək. Perspektivdə onların vəhşi təbiətin mühafizəsi, qəza-xilasedici əməliyyatların təşkili, nəqliyyat vasitələri və gəmilərin monitorinqi, logistik müşayiət daxil olmaqla müxtəlif sahələrdə tətbiqi planlaşdırılır.

Layihə rəhbəri, “Commsat” şirkətinin baş icraçı direktoru Se Taonun sözlərinə görə, qeyd olunan peyklərdən birinin çəkisi 100 kq, nanopeyklərə aid olan digərlərinin isə 10 kq təşkil edir.

Ekspertlər tərəfindən 2020-ci ilədək “IoT” qurğularının populyarlaşacağı proqnozlaşdırılır. Bununla əlaqədar əksər Çin şirkətləri və xarici müəssisələr aşağı orbitli telekommunikasiya peykləri şəbəkəsi yaratmağa başlayıblar.

“Commsat” kiçik peyklərin innovativ tətbiqi sahəsində tədqiqatlarla və rabitə sisteminin hazırlanması və peyk qruplaşmasının yaradılması texnologiyaları ilə məşğul olur. Şirkətin sərmayədarı qismində Çin Elmlər Akademiyasının Sian Optika və Dəqiq Mexanika İnstitutu çıxış edir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.