Gədəbəy sakini Gəncədə qətlə yetirildi - YENİLƏNİB

Gədəbəy sakini Gəncədə qətlə yetirildi - YENİLƏNİB
10 Dek 2018 10:10


Gəncə şəhərində qətl törədən şəxs saxlanılıb.

Realpress.az Report-a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katiblini qətlə yetirməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Azər Akif oğlu Nağıyev polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, A.Nağıyev mübahisə zəminində E.Katibliyə çoxsaylı bıçaq zərbələri vuraraq onu ağır yaralayıb. E.Katibli ağır vəziyyətdə xəstəxanaya aparılsa da, kəskin qanaxmadan ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

09:48

Gəncə şəhərində qətl hadisəsi törədilib.

realpress.az-ın Report-a istinadən məlumatına görə, Gəncə şəhərində yaşayan, Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katibli bıçaqlanmış vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Katiblinin kim tərəfindən və hansı səbəbdən qətlə yetirildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.