İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
05 Dek 2018 17:35


Prezident İlham Əliyev Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

realpress.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə Cəfərov Nazim Kazım oğlu, Rüstəmov Rəşad Keykavuz oğlu və Səfərov Rizvan Ziyanur oğluna “Əməkdar mühəndis” fəxri adı verilib.

Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Bundan əlavə prezident İlham Əliyev Azərbaycan Respublikasının məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Sahib oğlu Abdullayevi “Şöhrət” ordeni ilə təltif edib.

Prezident İlham Əliyev həmçinin rabitə və yüksək texnologiyalar sahəsinin bir qrup işçisini “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarla təltif edib.

Dövlət başçısının sərəncamına əsasən, Həsənova Sahibə Məzahir qızı, Qasımov İsa Vəli oğlu, Mehyəddinov Ənvər Əlistan oğlu, Məmmədova Firuzə Novruz qızı, Pirmətov Fərhad Veysəl oğlu, Vəlibəyli Sevinc Mürsəl qızı “Tərəqqi” medalı ilə, Məmmədov Novruz Qulu oğlu və Naibov Vidadi Vaqif oğlu isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.