Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki... - Azərbaycanda ŞOK

Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki... - Azərbaycanda ŞOK
15 Noy 2018 11:43

İsmayıllı rayonunun kəndlərinin birində (kəndin adı bəlli olsa da, bəzi səbəblərdən açıqlamırıq-red.) məktəb yaşlı qız qaçırılıb.

Realpress.az-in Publika.az-a  əldə etdiyi istinadən xəbərə görə, 16 yaşlı qızın kim tərəfindən qaçırıldığı bəlli deyil.

Məlumata görə, bu gün onun nişanı olacaqmış. Qız nişanından bir gün əvvəl qaçırılıb.

Kənd sakinlərinin sözlərinə görə, dünən səhər saat 11 radələrində evlərində nişan hazırlığı görülərkən qız qonşuluqdakı bacısıgilə qab gətirməyə gedib. Bir neçə saat keçsə də, o qayıtmayıb. Anası digər qızı ilə əlaqə saxlayıb, onlara getmədiyi məlum olub.

Ailə polisə müraciət edib. Bir neçə saat sonra qız özü ailəsi ilə əlaqə saxlayıb və könüllü qaçdığını deyib. O, Qəbələ rayonunda sevdiyi oğlana qaçdığını bildirib. Oğlanın ailəsinin də bu izdivaca razı olduğunu deyib.

Sakinlər deyir ki, qızı anası bu gün nişanlanacağı oğlana məcbur verirmiş, qız buna razı deyilmiş.

Hazırda polis qızın axtarışını davam etdirir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.