Murad Arifdən Faytonçu Nazimə cavab: Çox həyəcanlanmasın

Murad Arifdən Faytonçu Nazimə cavab: Çox həyəcanlanmasın
15 Noy 2018 11:38


Müğənni Nazim Pişyarinin müsahibəsi sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Belə ki, Realpress.az-a müsahibə verən “Faytonçu” musiqimizdən söz açarkən “Yerindən duran deyir ki, bəstəkaram. Əvvəl aparıcı idi, başladı mahnılar yazmağa, indi də özü oxuyur.

Mən bilmirəm, bu, müğənnidir, aparıcıdır, ya bəstəkardır. Ay qardaş, sən kimsən? Ola bilməz ki, sən həm müğənni, aparıcı və bəstəkar olasan. Bu da təkəbbürlülükdən xəbər verir. Təkəbbürlülük yalnız Allaha məxsusdur. Murad Ariflə münasibətim çox yaxşıdır.

Murad Arifə qarşı etirazım yoxdur, axı, tək o, deyil. Guya, mən musiqi yaza bilmərəm ki? Amma yazmıram”, - deyə Murad Arifə söz atıb. Murad isə onun sözlərinə Murad sosial şəbəkədə cavab verib.

O, həmkarının 50 yaşında ilk dəfə konsert verməsini nəzərdə tutaraq “Nazimə ilk solo konsertində uğurlar arzu edirəm. Çox həyəcanlanmasın, hər şeyə qıcıqlanmasın. Super olacaq”, - deyə cavab verib.

Rəy yazan sosial şəbəkə istifadəçiləri isə Murad Arifə dəstək olub, Nazimin indiyədək bir uğurunun olmadığını yazıblar.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.