Nazim Süleymanov istefaya göndərildi

Nazim Süleymanov istefaya göndərildi
12 Noy 2018 15:00


Nazim Süleymanov “Sumqayıt” klubunun baş məşqçi postundan göndərilib.

Realpress.az xəbər verir ki, “Sumqayıt” FK-nın baş məşqçisi Nazim Süleymanov səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. 

Adıçəkilən mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib, onunla bağlanmış müqaviləyə bugündən xitam verilməsinə razılıq verilib. Müşahidə Şurası bu qərarı icra üçün klub rəhbərliyinə təqdim edib.

Qeyd edək ki, “Sumqayıt” dünən Azərbaycan Premyer Liqasının autsayderlərdən olan “Keşlə”yə 1:4 hesabı ilə uduzub. Komanda hazırda 11 xalla VI sırada qərarlaşıb.

Onu da bildirək ki, Nazim Süleymanovla iyunda iki illik müqavilə bağlanmışdı.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.