Tanınmış idmançımız boğucu fəndə düşdü, huşunu itirdi - VİDEO

Tanınmış idmançımız boğucu fəndə düşdü, huşunu itirdi - VİDEO
11 Noy 2018 20:02


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında Azərbaycan idmançısı Bəxtiyar Abbasov (82 kq) həyati təhlükə ilə üzləşib.

realpress.az xəbər verir ki, döyüş sambosunda mübarizə aparan Abbasov 1/8 finalda erməni David Petrosyanı 11:3, 1/4 finalda belaruslu Yevgeni Aleksiyeviçi tuşe fəndi ilə yenib.

Vaxtı ilə sambo üzrə Dünya Kubokunu başı üzərinə qaldırmış Abbasov bu nəticə ilə A qrupunun qalibi olub. O, yarımfinalda B qrupunun qalibi olan ikiqat dünya çempionu rusiyalı Dmitri Samoylovu iki dəfə yerli həkimlərə müraciət etməyə məcbur etsə də, sonda 3:7 hesabı ilə uduzub.

Nəticədə idmançımız bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılıb. O, bürünc medal uğrunda görüşdə koreyalı Taeqeun Kimlə görüşdə rəqibini fəndə salmaq istəsə də, özü fəndə düşüb. Koreyalı samboçu idmançımızı boğucu fəndlə məğlub edib.

Bundan sonra idmançımız bir neçə saniyə huşsuz vəziyyətdə döşəkdə qalıb. Dərhal millimizin baş məşqçisi Bəxtiyar Hacıyev və tibb işçiləri Bəxtiyar Abbasova ilk yardımı göstərib. Hətta hakimlərdən biri və rəqib idmançı da Abbasova kömək etməyə çalışıb. Xoşbəxtlikdən, tezliklə Abbasov özünə gəlib.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.