“Qarabağ” “Vorskla”dan qisas aldı - YENİLƏNİB + VİDEO

“Qarabağ” “Vorskla”dan qisas aldı - YENİLƏNİB + VİDEO
09 Noy 2018 08:53


“Vorskla” - “Qarabağ” oyunu başa çatıb.

realpress.az xəbər verir ki, Ağdam təmsilçisi çətin keçən qarşılaşmada vacib qələbə qazanıb.

Oyunun 13-cü dəqiqəsində Araz Abdullayevin penaltidən vurduğu yeganə qol həlledici olub. 

Bu, “Qarabağ”ın bu qrup mərhələsində ilk qələbəsi, ilk xalı və ilk qolu olan matç kimi tarixə düşüb.  

Qeyd edək ki, baş hakim matçı iki dəfə dayandırmalı olub. Buna səbəb yerli və azərbaycanlı fanatların yandırıcı maddələri meydana atmaları olub.

00:23

“Vorskla” - “Qarabağ” oyununda hesab açılıb.

realpress.az xəbər verir ki, oyunun 13-cü dəqiqəsində Araz Abdullayev penaltidən vurduğu qolla komandasını hesabda irəli çıxarıb.  

23:20

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” təxminən bir saat sonra Ukraynanın Poltava şəhərində “Vorskla”nın qonağı olacaq. 

realpress.az xəbər verir ki, artıq komandaların start heyətləri məlumdur. 

“Vorskla”: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Nacib Yakubu, 6. Aleksandr Sklyar, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k), 26. Yuri Kolomoyets, 33. Aleksandr Çijov, 66. Artur, 82. Pavel Rebyenok 

Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 3. Andro Giorqadze, 9. Mixail Serqiyçuk, 14. Nikolas Kareka, 23. Vadim Sapay, 40. Taras Sakov, 44. Ardin Dalku 

Baş məşqçi: Vasili Saçko 

“Qarabağ”: 1. Hanes Haldourson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Qerye 

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 7. İnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 55. Bədəvi Hüseynov, 91. Coşqun Diniyev 

Baş məşqçi: Qurban Qurbanov.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.