“AMAY”ın rəsmisi sərhəddə narkotiklə tutuldu - FOTO

“AMAY”ın rəsmisi sərhəddə narkotiklə tutuldu - FOTO
02 Noy 2018 10:53


“AMAY”ın İranda yaradılan şirkətinə rəhbərlik edən və axtarışda olan şəxs Azərbaycanın dövlət sərhədini pozarkən saxlanılıb.

Bu barədə Realpress.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib. 

Bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışda olan “AMAY” MMC tərəfindən İranda təsis edilən “Azər Caspian İran” şirkətinə məxsus müəssisələrə rəhbərlik edən 1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İran İslam Republikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkarlanıb. 

Saxlanılan şəxsə həmin əməllərinə görə CM-nin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.