Rusiya teatrının solistləri Bakıda çıxış edəcək

Rusiya teatrının solistləri Bakıda çıxış edəcək
31 Okt 2018 13:17

Noyabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanin “Jizel” baleti təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə sənət ocağının səhnəsində Rusiya Böyük Teatrının solistləri - Anna Nikulina (Jizel) və Ruslan Skvortsov (qraf Albert) çıxış edəcəklər. Hər iki solist balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibləri və Rusiyanın Əməkdar artistləridir.

Tamaşada həmçinin Opera və Balet Teatrının aparıcı solistləri - Ayan Eyvazova və Timur Oduşev də rol alacaqlar.

Səhnə əsəri Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.