Azərbaycan Dövlət Turizm Agentliyi yeni turizm brendini və şüarını təqdim edib.
Realpress.az xəbər verir ki, Azərbaycan üçün yeni brend “Landor” beynəlxalq brendinq agentliyi tərəfindən hazırlanıb.
Yeni turizm loqosu “A” (Azərbaycan) hərfi şəklindədir, forması isə brendin mənasını bildirir. Brendin “Take another look” (“Yenidən nəzər yetir”) şüarı təsvirin mahiyyətini və əsas devizini daha ətraflı anlamaq üçün loqotipə təkrar və diqqətli baxışı nəzərdə tutur.
Sosial şəbəkələrdə isə həmin loqo birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Maraqlıdır ki, şəhər sakinləri yeni turizm loqosunu bəyənir və nəyə bənzədir?
Baku TV-nin sorğusunu təqdim edirik:
İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.
Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.
Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.