Qəbiristanlıqlar məsələsi yenidən müzakirə mövzusu oldu

Qəbiristanlıqlar məsələsi yenidən müzakirə mövzusu oldu
19 Okt 2018 17:19


Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib.

Realpress.az xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyini təqdim edib.

Komitə sədri “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Bildirib ki, bu ilin fevralında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qəbul edilib:

“Həmin sənədə əsasən, bələdiyyələr bundan sonra daşınmaz əmlakı əldə etmək üçün bilavasitə reyestrə müraciət edə bilərlər. Bu, vacib bir layihədir. Ona görə ki, daşınmaz əmlakdan vergi tutulması bələdiyyələr üçün vacib gəlir mənbələrindən biri olmalıdır. Amma əfsuslar olsun ki, indiyədək olmayıb. Çünki bələdiyyələrin əhalinin ixtiyarında olan daşınmaz əmlakın sahəsi barədə məlumatı yox idi. Mövcud qanunda nəzərdə tutulur ki, bələdiyyələr yazılı surətdə, ya da elektron qaydada müraciət edə bilərdilər və müraciətə görə onlara tam məlumat verilməli idi.

Hazırda həmin qanunun 8.0.1-ci və 8.0.2-ci maddələrində nəzərdə tutulmuş vergilərin yığılması üçün bələdiyyələr ərazilərində yerləşən vergitutma obyektlərinin müəyyən edilməsi məqsədilə daşınmaz əmlakın dövlət reyestrindən qanunla müəyyənləşdirilmiş qaydada məlumat ala bilərlər”.

Qeyd olunub ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2018-ci il 13 fevral tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.

Sonra “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda nəzərdən keçirilib. 

Qeyd edilib ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilir:

“Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar”.

Bildirilib ki, “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə 4-cü maddəyə yuxarıda göstərilən dəyişikliyin edilməsi təklif olunur.

Bundan əlavə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə üçüncü oxunuşda baxılıb.

Bildirilib ki, bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.

Diqqətə çatdırılıb ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 29 dekabr tarixli qanuna uyğun olaraq hazırlanıb və yerli (bələdiyyə) büdcədə qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması məqsədilə zəruri xərclərin nəzərdə tutulmasını təsbit edir.

Hər üç qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə edilib.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.