Ərdoğan Azərbaycandan danışdı: Allah birliyimizi, qardaşlığımızı əbədi eləsin

Ərdoğan Azərbaycandan danışdı: Allah birliyimizi, qardaşlığımızı əbədi eləsin
19 Okt 2018 16:54


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Dokuz Eylül” Universitetinin açılışında çıxışı zamanı Azərbaycanla münasibətlərə və Türkiyədə SOCAR-ın inşa etdiyi STAR zavodunun açılışına toxunub.

Realpress.az xəbər verir ki, çıxışında SOCAR-ın İzmirdə inşa etdiyi STAR neft emalı zavodunun açılışını Azərbaycan prezidenti İlham Əliyevlə birgə həyata keçirəcəklərini vurğulayan Ərdoğan 6,5 mlrd. dollar investisiya yatırılmış müəssisənin iki ölkə üçün xeyirli olmasını arzulayıb.

Zavodun Türkiyədə inşasında zəhməti keçənlərə təşəkkür edən Ərdoğan Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Türkiyə və Azərbaycan arasında əlaqələrin dünyada çox az ölkədə və cəmiyyətlərə nəsib olacaq səviyyədə qərar tutduğunu vurğulayan Ərdoğan bildirib:

“Allah birliyimizi, bərabərliyimizi, qardaşlığımızı daim eləsin. İnşallah, irəlidəki dövrdə siyasi, sosial və iqtisadi əlaqələrimizi daha da irəli aparacağıq”. 

STAR zavodunun bölgənin və dünyanın rifahına böyük töhfə verəcəyini qeyd edən Ərdoğan onu “bizim cari hesabımızın (ticarət balansı – red.) kəsirini 1,5 mlrd. dollar azaldacaq yatırım” adlandırıb.


26 Apr 2024
Siyasət

Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”

“Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”

“Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək”.

26 Apr 2024
Siyasət

Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

“Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”.

26 Apr 2024
Siyasət

Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

“Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”.