Həbib hansı azərbaycanlıya uduzub? - AÇIQLAMA + VİDEO

Həbib hansı azərbaycanlıya uduzub? - AÇIQLAMA + VİDEO
19 Okt 2018 10:14

UFC döyüşçüsü Həbib Nurməhəmmədovun məğlub olduğu yeganə idmançının azərbaycanlı Xamis Məmmədov olması hələ də müzakirə olunmaqdadır.

Realpress.az xəbər verir ki, bu faktı Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov saytımıza müsahibəsində bildirmişdi.

MMA klubunun rəhbəri Şəhriyar Abbasov da mətbuata açıqlamasında vaxtilə döyüş sambosunda Nurməhəmmədovun Məmmədova uduzduğunu, müsahibələrindən birində Həbibin bunu etiraf etdiyini bildirmişdi.

Xamis Məmmədovun Sabirabadda müəllimi olmuş şəxsin bizdə olan səs yazısına görə, bu döyüş 2007-ci ildə Dağıstanda olub: 

“2004-cü ildən Xamis döyüş sambosu ilə məşğul olmağa başladı. Dağıstanda olanda Həbibin atası Əbdülmanaf Nurməhəmmədovla tanış oldu, hətta onların evində qaldı. 2007-ci ildə Dağıstan açıq çempionatında Xamis üçüncü və ya dördüncü döyüşündə Həbibə qalib gəldi. Amma sonra o, finalda dağıstanlı idmançıya uduzdu. Xamis II, Həbib isə III yeri tutdu.

Daha sonra 2011-ci ildə gəmidə bu iki nəfər arasında gəmidə qaydasız döyüş keçirildi. Həmin döyüşdə Həbib qalib gəldi (yeri gəlmişkən, “Youtube”da olan həmin döyüş məhz budur – S.M.). Onu Şəhriyar qızışdırdı ki, Həbibə qalib gəl, tək səni UFC-yə götürsünlər. Amma uduzdu. Əbdülmanaf onu öz oğlu kimi Poltavaya turnirlərə aparırdı. Sonra gördü ki, Xamis bir yerdə dayanmır, onunla əlaqəni kəsdi”.


Sidney Olimpiadasında boks üzrə bürünc mükafat qazanmış Vüqar Ələkbərov isə saytımıza açıqlamasında yeni iddia ilə çıxış edib. O bildirib ki, Nurməhəmmədova qalib gələn Xamis yox, başqa azərbaycanlı olub:

“Yalan deyirlər. Xamis Həbibə uduzub. Həbibə döyüş sambosunda qalib gələn başqa azərbaycanlı olub. İnternetdə rus dilində “Həbib Nurməhəmmədova qalib gəlmiş yeganə idmançı” yazın, özünüz görəcəksiniz. O, Rusiya azərbaycanlısıdır”.

Yeri gəlmişkən, belə də etdik və həmin videonu tapdıq. Məlum oldu ki, doğrudan da, döyüş sambosunda Həbibə qalib gəlmiş bir idmançı olub. Bu, Məhəmməd İbrahimovdur. Ancaq həmin idmançı azərbaycanlı yox, çeçen kimi təqdim olunur. Hətta həmin məğlubiyyətdən sonra Nurməhəmmədovun ağladığı görünür.


İstənilən halda, bütün bu suallara Xamis Məmmədovun özündən başqa birisi cavab verə bilməz. O isə susduqca, bu məsələdə qeyri-dəqiqlik hələ çox qalacaq.















































26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.