Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet — VİDEO

Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet — VİDEO
16 Okt 2018 12:06

Türkiyənin “Haber Global” telekanalı Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan dövlətinin başçısı postundakı 15 illik fəaliyyəti ilə bağlı süjet hazırlayıb.

Realpress.az xəbər verir ki, ölkəmizin nailiyyətlərini təsvir etmək üçün 2003 və 2018-ci illəri müqayisə edən telekanal qeyd edib ki, İlham Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən inkişaf strategiyasını yaradıcı şəkildə davam etdirir və Azərbaycanı regionun güclü ölkələrindən birinə çevirib.

Belə ki, “Haber Global” Azərbaycan iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft sektorunun 2,8 dəfə, sənaye istehsalının 2,6 dəfə, kənd təsərrüfatının 1,7 dəfə, qeyri-neft ixracının 4,1 dəfə artmasına diqqət çəkib.

Azərbaycanda valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara qədər artıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya yatırılıb.

Enerji sahəsində nailiyyətlər vurğulanır, artıq həyata keçirilən böyük enerji layihələri qeyd edilir: Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri (2006-cı il) və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri (2007-ci il).


Telekanal dəyəri 40 milyard dollardan çox olan “Cənub Qaz Dəhlizi” miqyaslı layihəsinə, onun bir hissəsi sayılan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasiminə və cədvəl üzrə icrasına başlanılan Trans-Adriatik boru kəməri layihəsinə (TAP) diqqət çəkib.

Süjetdə ötən il “Əsrin müqavilıəsi”nin müddətinin 2050-ci ilədək uzadılmasını xatırladılır (1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” müqaviləsi imzalanıb).

Telekanal 2017-ci il oktyabrın 30-da açılış mərasimi keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunu misal gətirərək, beynəlxalq nəqliyyat arteriyaları haqqında danışır.

“Azərkosmos” ASC-nin açılışı (2010-cu il) və Azərbaycan tərəfindən üç peykin buraxılmasına diqqət yetirilir: 2013-cü ildə orbitə ilk Azərbaycan telekommunikasiya peyki olan “Azerspace-1”, 2014-cü ildə “Azersky”, bu ilin sentyabrında isə daha bir telekommunikasiya peyki olan “Azerspace-2” buraxılıb.

Süjetdə qeyd edilir ki, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələri planetin 50 ən güclü ordusu sırasına daxil olub.

2016 və 2018-ci illərdə Azərbaycan ordusu Ermənistan tərəfindən cəbhə xəttində növbəti hərbi təxribatla üzləşdi, əks-hücuma keçdi və torpaqlarının bir hissəsini işğaldan azad etdi.

“Haber Global” qeyd edib ki, 15 il ərzində Ermənistan işğalçı kimi tanınıb, beynəlxalq təşkilatlar isə işğal

Azərbaycanın beynəlxalq nüfuzu artır. Belə ki, 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Süjetdə qeyd edilib ki, Odlar yurdu göstərilən müddətdə bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib, bunlara misal kimi “Eurovision” (2012-ci il), tarixdə ilk Avropa oyunları (2015-ci il), IV İslam Həmrəyliyi oyunlarını (2017-ci il) göstərmək olar.

2016-cı ildən Bakıda hər il “Formula-1” yarışları təşkil edilir, 2020-ci ildə isə Azərbaycan paytaxtında futbol üzrə Avropa çempionatının oyunları keçiriləcək.

Telekanal qeyd edib ki, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan və Türkiyə qardaşlığı daha da möhkəmlənib.





















25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.