Modern Hospitalda həkimin səhv müalicə üzündən xəstənin ayağı amputasiya olundu

Modern Hospitalda həkimin səhv müalicə üzündən xəstənin ayağı amputasiya olundu
16 Okt 2018 11:55

Jurnalist Məmməd Həmidovun qohumu "Modern Hospital"da yalnış müalicə edildiyi üçün ayağı amputasiya edilib. 

 Realpress.az
  unikal.org-a istinadən xəbər verir ki, şikayətçi bildirib ki, 18 avqust 2018-ci il tarixində "MODERN HOSPİTAL”ın "Diabetik Ayaq Mərkəzi”nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasienti 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib:

 "Şəki rayonun Baş Göynük kəndindən olan yaxınımı "Modern Hospital"da müalicə etdilər. Nəticədə xəstənin sağlamlıq vəziyyəti ağırlaşdı və təcili surətdə onu Mərkəzi Klinikaya yerləşdirdik. Müayinə zamanı Modern Hospitalda onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum oldu və dərhal ayağının amputasiya edilməsinə qərar verildi.

 Xəstənin ailə üzvləri dəfələrlə səhv müalicəyə görə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə "Modern Hospital"ın rəhbərliyindən xahiş etdilər ki, Ə.S.Vəliyevin müalicəsi üçün Modern Hospitala ödədikləri 2000 (iki min manat) pul onlara qaytarılsın ki, çox borca düşməsinlər. Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə vermədilər. Xəstənin ailəsi Səhiyyə nazirindən kömək istəyir. Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib.Ayağı amputasiya edilən Ə.S.Vəliyevin vəziyyəti kritik olaraq qalmaqdadır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır".

 Məsələ ilə bağlı "Modern Hospital"la əlaqə saxlanılsa da, klinikadan baş verən hadisə ilə bağlı heç bir məlumat verilməyib.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.