Oktyabrın 17-19-da Çinin paytaxtı Pekində 5-ci Tayhu Dünya Mədəniyyət Forumu keçiriləcək.
Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Çində bu növ ən böyük tədbir olan Tayhu Forumunda mədəni mübadilə vasitəsi ilə birgə gələcəyin qurulması yollarına dair fikir mübadiləsi aparılacaq.
Ümumilikdə mindən çox nümayəndənin iştirak edəcəyi tədbirdə bir neçə ölkə, o cümlədən Azərbaycan rəsmi şəxslərdən, elm adamlarından ibarət nümayəndə heyəti ilə təmsil olunacaq.
Ümumi, 6 tematik və yekun iclaslardan ibarət forumda beynəlxalq münasibətlər, iqtisadiyyat, mədəniyyət, ekologiya, fəlsəfə, sosiologiya və təbabət mövzularında, habelə “Bir kəmər, bir yol” təşəbbüsünə dair müzakirələr təşkil olunacaq.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.