Niva icra hakimiyyətinin hasarına çırpıldı – Yaralılar var

Niva icra hakimiyyətinin hasarına çırpıldı – Yaralılar var
12 Okt 2018 14:31

Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.


Realpress.az “report”a istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Car kənd sakini 1953-cü il təvəllüdlü Abdulla Nəcməddin oğlu Ömərov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə rayonun Car kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatını düzgün seçməyib.

Nəticədə sürücü avtomobili Zaqatala Rayon İcra Hakimiyyəti aparatının inzibati binasının giriş qapısının kənarındakı daş hasara çırpıb.

Qəzadan sonra sürücüsü A.Ömərov və avtomobildə sərnişinləri - Car kənd sakinləri 1968-ci il Leyla Əhməd qızı Əliyeva və 2010-cu il təvəllüdlü Məhəmməd Xəlil oğlu Ömərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan bildirlib ki, yaralılardan 8 yaşlı M.Ömərov qapalı kəllə-beyn travması xəsarəti ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirlib. Digər yaralıların müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.


1 May 2024
Cəmiyyət

Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.

1 May 2024
Cəmiyyət

Bu gündən ibtidai siniflərdə tətil başlayır

Bu gündən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətili başlayır.

1 May 2024
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

1 May 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1 May 2024
Cəmiyyət

25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 25-ci ildönümü münasibətilə “N” hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib.