Badamdarda sürüşmə: sakinlərə xəbərdarlıq edildi - YENİLƏNİB

Badamdarda sürüşmə: sakinlərə xəbərdarlıq edildi - YENİLƏNİB
12 Okt 2018 14:22


Badamdar şossesində sürüşmə zonasında aktivlik müşahidə olunub.

Səbail rayon İcra Hakimiyyətindən Realpress.az-a verilən məlumata görə, 2018-ci il oktyabr ayının 12-də, gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Hazirliyinin mütəxəssisləri hadisə yerindədir. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır. 

Vətəndaşların və Badamdar yolundan keçən nəqliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən səkkiz fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib. 

Hazırda ərazıdə araşdırmalar aparılır.

11:39

Bakıda Bayıl yamacında sürüşmə baş verib.  

Bu barədə realpress.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə baxış keçirilir:

“Sürüşmə Bayıl yamacı deyilən ərazisində baş verib. Hazırda dövlət nümayəndələri də əraziyə gəlib, baxış keçirilir”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.