Arda Turan Berkayın getdiyi xəstəxanada atəş açıb - FOTO

Arda Turan Berkayın getdiyi xəstəxanada atəş açıb - FOTO
12 Okt 2018 10:26


Ötən gün müğənni Berkayla dava edən futbolçu Arda Turan polisə ifadə verib.

Realpress.az xəbər verir ki, üç saat çəkən ifadə zamanı Arda Turan bir çox məqamları açıqlayıb:

“Mən kluba gedəndə Burak Yılmaz orada idi. Birlikdə oturmuşduq, daha sonra Berkay yanımıza gəldi. Mənim çiynimdən və yaxamdan tutub özünə çəkdi. Mən də əsəbiləşdim və onu vurdum.


Berkayın həyat yoldaşını tanımıram, onunla hər hansı bir söhbətim olmayıb. Deyir ki, onun arxasınca tualetə tərəf getmişəm və ona toxunmuşam. Bu, doğru deyil, mən elə bir şey etməmişəm. Görüntülərdə də tualetə tərəf getmədiyim görünür.

Berkayın getdiyi xəstəxananı öyrəndim və irəli sürülən iddianın gerçək olmadığını demək üçün oraya getdim. Yanına gedəndə “Mən buradayam, əgər sənin arvadına söz atdığımı düşünürsənsə, silah buradadır, məni vura bilərsən, səndən polisə şikayət etməyəcəyəm” dedim və tapançanı yanına qoydum.
Bundan sonra Berkay mənə “Kapitan, mən səni sevirəm, problem yoxdur, inanıram” dedi. Mən isə xəstəxanadan ayrılmaq istəyəndə tapançanı əlimə götürdüm və səhvən atəş açıldı”, - deyə Arda bildirib.

Turan polis tərəfindən müsadirə edilən tapançasının sənədi olduğunu söyləyib.

Bundan sonra Berkayın vəkili hadisənin mətbuatda yazılan tərəfinin düzgün olduğunu, özlərinin lazımi tədbirlər gördüyünü deyib.

Bildirilir ki, xəstəxanada atəş açılan zaman müğənni Murat Dalkılıç da Arda və Berkayın yanında olub.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.