Oktyabrın 12-də Muzey Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş “Azərbaycan kinosu çəkiliş meydançalarında” adlı fotosərgi açılacaq. Sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək.
Dövlət Film Fondundan AZƏRTAC-a bildirilib ki, sərgidə sovet dönəmində istehsal olunmuş klassik Azərbaycan filmlərinin çəkiliş proseslərini əhatə edən 50 foto təqdim olunacaq.
Realpress.az
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.