Kino tariximizdə ilk dəfə retro kinotexnika sərgisi açılacaq

Kino tariximizdə ilk dəfə retro kinotexnika sərgisi açılacaq
05 Okt 2018 12:25

Oktyabrın 9-da Dövlət Film Fondunda “Keçmişdən səslər” retro kinotexnika sərgisi açılacaq.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, sərgidə kinostudiyanın istehsalat sexlərində və Dövlət Film Fondunun muzey ekspozisiyasında qorunub saxlanan XX əsrin operator texnikası, səsyazma avadanlığı, işıqlandırma cihazlarının nümunələri göstəriləcək.

Qeyd edək ki, belə zəngin formatda retro kino sərgisi kino tariximizdə ilk dəfə keçiriləcək.

Sərgilənən 100-dən artıq texnoloji nümunənin demək olar ki, hamısı bərpa edilib və işlək vəziyyətdədir. Sərgidə 60-70-ci illərin kino çəkilişi meydançasının atmosferi yaradılacaq, “Motor!” komandası eşidiləcək. Dünyadan getmiş böyük kino ustalarımızın səsləri iştirakçıları salamlayacaq.

Sərgidə rəqəmsal texnologiyalar dövründə kinonun nədən başlandığı, keçən əsrin birinci yarısında, eləcə də 60-70-80-ci illərdə kinomuzun şah əsərlərinin hansı avadanlıqlarla çəkildiyini görmək istəyənlər iştirak edə bilərlər.

Realpress.az


10 Dek 2018
Mədəniyyət

Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Dekabrın 6-dan 9-dək Latviyanın paytaxtı Riqa şəhərində “Riga Symphony” VII Beynəlxalq musiqi festivalı keçirilib.

7 Dek 2018
Mədəniyyət

Nazirdən Fəxrəddin Manafovun teatrdan getmə xəbərinə reaksiya — Araşdırma aparılır + VİDEO

Ötən gündən xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılması haqda rəsmi açıqlaması ciddi rezonans doğurub.