Yeni texnologiya günəş enerjisini 18 il saxlayacaq

Yeni texnologiya günəş enerjisini 18 il saxlayacaq
05 Okt 2018 11:38

İsveçin Çalmers Texniki Universitetinin tədqiqat qrupu günəş enerjisini uzun müddət saxlaya bilən karbon, hidrogen və azot tərkibli molekul hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, unikal xüsusiyyətə malik molekul Günəş işığı altında izomerlə zəngin enerjiyə çevrilir. İzomeri enerji tələb olan vaxtadək (gecə və ya qışda) saxlamaq mümkündür. O, maye formasındadır və tədqiqatçılar tərəfindən MOST (Molecular Solar Thermal Energy Storage – Günəş enerjisinin molekulyar saxlanılması) adlandırılan günəş enerji sistemində istifadə üçün yararlı hesab edilir.  

Bildirilir ki, alimlər toplanan enerjinin boşaldılmasına nəzarət üçün katalizator hazırlayıblar. İçindən mayenin axaraq istilik reaksiyası yaratdığı katalizator filtr kimi işləyir. Mayenin temperaturu daxil olan zaman Selsi üzrə 20 dərəcə təşkil etdiyi halda filtrdən keçdikdən sonra 83 dərəcəyədək qızır. Bundan sonra molekul təkrar istifadə üçün ilkin formasına qayıdır. Tədqiqatların aparıldığı müddət ərzində mütəxəssislər tərəfindən molekulun quruluşu və xüsusiyyətləri təkmilləşdirilərək enerjinin saxlanma müddəti 18 ilədək artırılıb.  

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.