Smartfonların 88 faizi Android sistemi ilə işləyir

Smartfonların 88 faizi Android sistemi ilə işləyir
25 Sent 2018 12:47

Dünyanın ən populyar mobil əməliyyat sistemi olan “Android” on yaşını qeyd edir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, smartfon istehsalçıları və operatorlar tərəfindən təqdim edilən məlumatlar “Google” şirkətinə məxsus əməliyyat sisteminin liderliyini sübut edir. Hesablamalara görə, dünyada smartfonların 88 faizi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Məlumata görə, əsas rəqib – “Apple” şirkətinin “iOS” əməliyyat sisteminin payı 11,9 faiz təşkil edir. Təxminən 1 faiz digər əməliyyat sistemlərinin payına düşür.  

“Android” sisteminin uğuru onun tərtibatçılar və bazar üçün açıq olması, eləcə də sistemin idarəetməsi ilə işləyən qurğuların nisbətən ucuzluğu ilə izah edilir.

Qeyd edək ki, “Android” əməliyyat sisteminin ilk versiyası 23 sentyabr 2008-ci ildə buraxılıb. “Android” sistemi ilə işləyən ilk qurğu “HTC” şirkətinin istehsal etdiyi “T-Mobile G1” smartfonu olub. On il ötəndən sonra “Google” şirkəti əməliyyat sisteminin daha 8 nəslini buraxıb. Hazırda onlardan ən aktualı “Android 9.0 Pie” adlanır.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.