Bakı meriyasında köklü dəyişikliklər

Bakı meriyasında köklü dəyişikliklər
24 Sent 2018 10:10


Bakı şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri baş verib.

Realpress.az-ın məlumatına görə, BŞİH-nin başçısının müavini Eldar Əzizovun əmrinə əsasən, qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Məmmədov vəzifəsindən azad edilib və onun yerinə Ayaz İmaməliyev təyin olunub. 

Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Vahid İsmayılov da vəzifəsindən azad olunub. Onun vəzifəsinə Coşqun Cəbrayılov təyinat alıb.

Namiq Məmmədov və Vahid İsmayılov İH-nin strukturunda işlə təmin olunublar. 

Bundan başqa BŞİH-nin Aparat rəhbəri Rаsim Quliyеv səhhəti ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub. Onun yerinə Elgün Həbibullayev təyin olunub.

Aparat rəhbəri olmuş Rasim Quliyev BŞİH-nin İcra Hakimiyyətinin Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri təyin olunub.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən faktı realpress.az-a təsdiq ediblər.

Əldə etdiyimiz məlumata görə, BŞİH-də işçilərin orta yaş həddi 60-dan yuxarıdır. Kadr dəyişiklikləri də İH-də yenilənmə və gəncləşmə siyasəti ilə bağlıdır.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.