Bakıda tutulan manyak: Mini ətəkdə qadın görəndə qucaqlayıram - VİDEO

Bakıda tutulan manyak: Mini ətəkdə qadın görəndə qucaqlayıram - VİDEO
21 Sent 2018 17:22


Bakıda yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb.

Realpress.az-ın xəbərinə görə, araşdırma zamanı məlum ki, saxlanılan şəxs əsasən səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib.

R.Süleymanov ifadəsində Xətai, eləcə də ətraf rayonların ərazisində 20-a yaxın qadına qarşı bu cür hərəkətlər etdiyini bildirib.

“Qarşıma mini ətəkdə qadın çıxanda qucaqlayıb buraxıram. Təxminən 20 qadına qarşı bu hərəkəti etmişəm. Təbi gələndə özümdən asılı olmur”, - deyə o bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 153.2 (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə)  maddəsi ilə cinayət işi başlanılıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.