Rəşid Behbudovun qızı Mehriban Əliyevaya müraciət etdi - Tünzalə üçün (FOTO)

Rəşid Behbudovun qızı Mehriban Əliyevaya müraciət etdi - Tünzalə üçün (FOTO)
21 Sent 2018 10:50

Xəbər verdiyimiz kimi, onkoloji xəstəlikdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva artıq əmək qabiliyyətini itirib.

Realpress.az-in məlumatına görə, müğənni Rəşidə Rəşid aktrisanın göz yaşlarına biganə qala bilməyib. 

R. Rəşid T. Əliyevaya görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. 

Müğənni "Facebook" hesabında yazdığı müraciətində bunları qeyd edib:

"Bizim sevimli aktrisamızın bu qəmli gözlərinə necə baxmaq olar axı! İnsan kömək istəyir! O, dəfələrlə bizə gülüş və sevinc bəxş edib! Neçə-neçə evdə onun iştirakı ilə veriliş gedəndə insanlar televizor qarşısından ayrılmırdılar! Heç kəs paylaşmadı! Bəlkə, mən nə isə bilmirəm, bəlkə də dövlət qurumları artıq onun halı ilə maraqlanır! Amma siz, "Facebook" istifadəçiləri, məşhur aktrisanın ağrı-acısını paylaşmadınız! Onun ailəsi, həyat yoldaşı, uşağı var. Təkcə dualar ona kömək etməyəcək! Mehriban Əliyevadan xahiş edirəm ki, ona yardım etsin, necə ki, o, bu günə qədər onlarla insanı xilas edib! Əziz, Mehriban xanım, bizim birinci-ledi, bizim Birinci vitse-prezident, xahiş edirəm, bizim məsum Azərbaycan qadınına, anasına həyata qayıtmaqda kömək edin! Böyük hörmətlə, ürəkdən sizdən xahiş edirəm! Bilirəm, əziz Mehriban xanım, siz hər şeyi bacarırsınız!".


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.