Asperger sindromlu uşaq psixologiyası

Asperger sindromlu uşaq psixologiyası
20 Sent 2018 11:23

Asperger sindromu və ya Asperger pozulması cəmiyyətdə stereotipik münasibətlərlə tanınan bir autistik spektrum pozuqluğudur (ASP). Dil və zehni inkişafda olan ümumi gecikmələr sindromun standart əlamətləri arasında verilməsə də, bu problem zamanı motorikanın inkişaf qüsuru və atipik danışığa tez-tez rast gəlinir.

Realpres.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova Asperger sindromunun psixoloji hallar spektrumu olan autistik spektr və ya yayılmış inkişaf pozulmalarından biri olduğunu söyləyib: "Digər inkişaf pozulmaları kimi xəstəlik körpəlik və uşaqlıqdan başlayaraq müəyyən vaxtda təkrarlana bilər və onun autizmə bənzər xüsusiyyətləri var. Aspergerli uşaqlar tünlük yerləri sevmir və əsasən tək qalmağı üstün tuturlar. Onlara əlil və şikəst kimi baxmaq düzgün deyil. Bu uşaqların cəmiyyətə inteqrasiyasına çalışmaq lazımdır. Həmin uşaqlarda diaqnostik əhəmiyyəti olmayan, lakin özlərinə və ailələrinə ciddi təsir göstərən əlamətlərə rast gəlmək mümkündür. Həmin sindromlu uşaqlar digər çoxfunksional autistik xəstələrdən fərqli olaraq görmə yaddaşı və eşitmə analizi sahəsində daha zəif olurlar.

Asperger sindromlu uşaqlarda diaqnostik baxımdan əhəmiyyətsiz, lakin ailəyə və özünə təsir edən mühüm simptomlarla yanaşı motor bacarıqlarında, yuxuda və ya emosiyalarda müəyyən problemlər ola bilər. Onlar ətrafdakı kiçik dəyişiklikləri çox tez görə bilirlər. Bundan fərqli olaraq autizmi olan Asperger sindromlu fərdlərdə görmə, eşitmə və hafizə bacarığında çatışmazlıqların olması da mümkündür. Onlar səs, işıq, qoxu, ağrı, təmas, toxunuş və digər hisslərə qarşı adi reaksiya verə bilərlər. Asperger sindromlu uşaqlar bir çox şeyə nail ola biləcəklərini düşünür, kiçik dəyişiklikləri sevir və daha çox nəticə əldə etmək arzusunda olurlar. Onlar velosiped minmək və ya qazan qapağını açmaq kimi elementar işlərdə bacarıq qazanmaqda gecikə bilirlər. Koordinasiyaları zəif olur, qəribə və hoppanaraq yeriyirlər, yazını pis yazırlar və ümumən vizual-motor bacarıqlarda çətinlik çəkirlər.

Asperger sindromlu uşaqların yuxuya getmək problemi var. Onlar gecələr tez-tez oyanır və səhər erkən durmağa meyilli olurlar. Həmin uşaqların öz duyğularını büruzə verə bilməmək halı aleksitimiya ilə əlaqədardır. Keyfiyyətsiz yuxu və aleksitimiya arasında sıx bağlılıq olmasına baxmayaraq onlar səbəb-nəticə əlaqəsini bilmirlər".

Psixoloq onların danışıq qabiliyyəti barədə bunları deyib: "Asperger sindromlu uşaqlar ünsiyyət və sevgiyə qarşı diqqətli olmasalar da, danışıqdan istifadə etmək bacarığı qazanırlar. Onların ünsiyyət, informasiyanı əldə etmə və istifadə bacarıqları çox zaman atipikdir. Bu cür uşaqlarda söz qarışıqlığı, sözləri düzgün mənada şərh etməmək və bəzi nüansları səhv başa düşmək halları da olur.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.